Türkiyə Ordusu İraqın şimalında şəhid verib
Türkiyə Silahlı Qüvvələrinin çavuşu Musa Esat Kaya şəhid olub.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, o, İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin açdığı atəş nəticəsində şəhid olub.