Türkiyə Müdafiə Nazirliyində əməliyyat keçirilib

Dünya

12.10.2025 - 13:47

Rüşvət iddiası ilə bağlı 33 nəfər saxlanılıb: 9-u həbs edilib

Ankara Respublika Baş Prokurorluğunun Məmur Cinayətləri İstintaq Bürosu və Milli Müdafiə Nazirliyinin apardığı birgə araşdırmalar zamanı,nazirlikdən tələb olunan bəzi icazə sənədləri qarşılığında mənfəət əldə edildiyi müəyyənləşib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun başlatdığı istintaq çərçivəsində 33 nəfər “rüşvət alma, vermə və rüşvətə vasitəçilik” ittihamları ilə saxlanılıb.

Məhkəməyə çıxarılan 33 nəfərdən 9-u həbs edilib, digər 24 nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş