Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Dünya

03.05.2024 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Mayın 2-dən malların idxalı və ixracı dayandırılıb

Qəzzadakı müharibə səbəbindən Türkiyə İsraillə ticarəti dayandırıb. AYNA xəbər verir ki, bu barədə iki türk rəsmisi “Bloomberg”ə bildirib. Qeyd olunub ki, mayın 2-dən malların idxalı və ixracı dayandırılıb.

Ticarət əlaqələrinin kəsilməsi ilə bağlı Ankaradan heç bir rəsmi açıqlama verilməyib. Lakin məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı beynəlxalq müqavilələri pozmaqda və türk xalqının maraqlarına etinasızlıqda ittiham edən İsrailin xarici işlər naziri İsrail Katz da təsdiqləyib. Xarici işlər naziri əmin edib ki, İsrail xarici ticarətdə Ankaranı tez bir zamanda əvəz edəcək, həmçinin lazımi malların istehsalını genişləndirəcək.

Aprelin əvvəlində Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı. Embarqoya 54 növ mal, o cümlədən polad və alüminium məmulatları, bəzi növ gübrələr və sənaye avadanlıqları, həmçinin elektrik kabelləri, boyalar, laklar və təyyarə yanacağı daxildir. Sənaye və Ticarət Nazirliyi qeyd edib ki, məhdudiyyətlər Qəzza zolağında atəşkəs əldə olunana və anklav sakinlərinin humanitar yardıma çıxışı təmin olunana qədər qüvvədə qalacaq.

Buna cavab olaraq İsrail türkiyəni “güzgü tədbirləri” ilə hədələdi və ABŞ-dan Türkiyəyə sanksiyalar və investisiyaların dayandırılması imkanlarını nəzərdən keçirməyi xahiş etmək niyyətini açıqladı.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyə ixracının payına düşüb. “OEC World”ə görə, Ankara 2022-ci ildə İsrailə 2 milyard dollar dəyərində metal ixrac edib və bu, ölkənin ümumi ehtiyacının dörddə birini təmin edib.

Mayın 1-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Qəzzada fələstinlilərin soyqırımı ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı CAR-ın iddiasına qoşulmaq niyyətini açıqlayıb. Ankara digər ölkələri də eyni addımı atmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş