Türkiyə ilə Suriya azad ticarət razılaşmasını yeniləyəcəklər

Dünya

24.01.2025 - 17:05

Həkimlər Klinikalar SEO Xidməti

Gömrük rüsumları sisteminin auditinin aparılması barədə qərar qəbul edilib

Türkiyə və Suriya ticarət əməkdaşlığı və gömrük əməliyyatlarını müzakirə edərək, azad ticarət müqaviləsinin yenilənməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər. AYNA xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin bəyanatında qeyd olunub.

"Tərəflər iqtisadi əlaqələrə daha əhatəli yanaşmanın inkişafı məqsədilə 2011-ci ildə müddəti başa çatan azad ticarət sazişinin yenilənməsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər", - deyə nazirlikdən qeyd olunub.

Gömrük rüsumları sisteminin auditinin aparılması barədə də qərar qəbul edilib.

“Bütün sərhəd məntəqələrində hər iki tərəfdən eyni məbləğdə tətbiq olunacaq bəzi mallar üçün gömrük rüsumlarına yenidən baxılması qərara alınıb”, - deyə Ticarət Nazirliyindən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş