Türkiyə F-35 proqramına qayıdır

Dünya

05.01.2026 - 20:06

Ərdoğan: “Bu, NATO və Vaşinqtonla münasibətləri gücləndirəcək”

“Türkiyənin ABŞ-ın rəhbərlik etdiyi F-35 qırıcı təyyarələri proqramına yenidən qoşulması Vaşinqtonla münasibətləri gücləndirəcək və NATO-nun təhlükəsizliyini artıracaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə verdiyi müsahibədə deyib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampla münasibətlərindən istifadə edərək, Türkiyənin Rusiya hava hücumundan müdafiə sistemlərini alması səbəbindən təxminən on il əvvəl gərginləşən əlaqələri bərpa etməyə çalışdığını vurğulayıb.

Nəşrin məlumatına görə, Ankara və Vaşinqtonun siyasi prioritetlərinin, o cümlədən müdafiə, enerji və regional münaqişələrin yaxınlaşması Türkiyənin NATO üzvlüyünü əsas ticarət tərəfdaşlarından biri olan Rusiya ilə balanslaşdırmaq siyasətini yenidən formalaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş