Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi edəcək

Dünya

20.11.2025 - 16:09

Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək

Gələn il Türkiyə qlobal COP31 iqlim sammitinə ev sahibliyi edəcək. Avstraliya isə hökumətlərarası danışıqlara rəhbərlik edəcək. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, Avstraliyanın Baş naziri Entoni Albanese bunu “Australian Broadcasting Corp” radiosuna müsahibəsində açıqlayıb.

Albanesenin sözlərinə görə, iki tərəf kompromisə gəlib: Türkiyə COP31 sammitinə sədrlik edəcək. COP-dan əvvəlki tədbirlər Sakit okean regionunda keçiriləcək və Avstraliya hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

"Bizim əldə etdiyimiz nəticə həm Avstraliya, həm də Türkiyə üçün böyük qələbədir", - deyə o bildirib.

Agentlik həmçinin qeyd edir ki, Türkiyə COP31-i Antalyada keçirəcək.

Bu həftənin əvvəlində Albanese ölkəsinin COP31 iqlim sammitinə Türkiyə ilə birgə ev sahibliyi etməyəcəyini açıqlayıb.

Avstraliya və Türkiyə 2022-ci ildə COP31-ə ev sahibliyi etmək üçün müraciət ediblər və heç bir ölkə namizədliyini geri götürməyib ki, bu da uzun sürən qeyri-müəyyənliyə səbəb olub.

BMT qaydalarına görə, Avstraliya və Türkiyəni əhatə edən Qərbi Avropa və Digər Dövlətlər Qrupuna (WEOG) daxil olan ölkələrin yekdil razılığı tələb olunur. Əgər konsensus əldə edilməzsə, ev sahibliyi hüququ avtomatik olaraq BMT-nin iqlim dəyişikliyi ofisinin yerləşdiyi Almaniyanın Bonn şəhərinə keçəcir. Lakin Almaniya hakimiyyəti artıq COP31-ə ev sahibliyi etməkdə maraqlı olmadıqlarını açıq şəkildə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş