Tunisin DİN rəhbəri ölkənin Baş Naziri təyin olunub

Xəbərlər

26.07.2020 - 17:58

cedabet dərman SEO Xidməti

Prezident Meşçiniyə hökumət böhranına son qoymağı tapşırıb

 

Tunis Prezidenti Kais Səid Daxili İşlər naziri Hişem Meşçini yeni Baş Nazir təyin edib. AYNA xarici mediaya istinadən bildirir ki, Prezident Baş Nazirə hökumət böhranına son qoymaq üçün yeni kabinet formalaşdırmasını tapşırıb.

 

Sabiq Baş Nazir korrupsiya ittihamları səbəbindən istefa verdikdən sonra, Kais Səid parlamentdə təmsil olunan siyasi partiyalarla məsləhətləşmələr aparıb. Cəmi 5 ay fəaliyyət göstərən koalisiya hökumətinin nazirləri də istefaya göndərilib. Tunisdə keçirilmiş son parlament seçkilərində heç bir partiyanın təkbaşına hökumət formalaşdırması mümkün olmadığından, yeni Baş Nazirin parlament fraksiyaları arasında konsensus əldə edəcəyi də şübhə altındadır.

 

Meşçini 15 gün müddətində hökumət üzvlərinin siyahısını Prezidentə təqdim etməlidir. Yeni Nazirlər Kabinetinin tərkibi parlament tərəfindən təsdiq olunmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş