Trampın açıqlamasından sonra neft qiymətləri yüksəlib

İqtisadiyyat

14.07.2026 - 09:45

NYMEX-də avqust ayı üçün WTI markalı xam neftin fyuçersləri 74,59 dollara çatıb

ICE Futures-də sentyabr ayı üçün “Brent” markalı xam neftin fyuçersləri 3,43 dollar (4,51%) artaraq barel üçün 79,44 dollara çatıb. Kotirovkalar təxminən bir aydan sonra ilk dəfə barel üçün 80 dolları keçib. NYMEX-də avqust ayı üçün WTI markalı xam neftin fyuçersləri 3,18 dollar (4,45%) artaraq barel üçün 74,59 dollara çatıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Qeyd olunur ki, bu yüksəliş ABŞ Prezidenti Donald Trampın “TruthSocial” sosial media platformasında İran limanlarının blokadasını bərpa etdiyini yazandan sonra qeydə alınıb.

Qeyd edək ki, Amerika lideri Hörmüz boğazının İran istisna olmaqla, bütün ölkələr üçün açıq qalacağını bildirib. ABŞ daşınan yükün dəyərinin 20%-i müqabilində boğazdan gəmiçiliyə zəmanət vermək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş