Tramp Şükranlıq Günü münasibətilə amerikalı hərbçiləri ziyarət edib
ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana gedib.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, qabaqcadan elan edilməmiş səfər dünya mediasının gündəminə çevrilib. Əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə bir araya gələn Tramp daha sonra Şükranlıq Günü münasibətilə amerikalı hərbçiləri ziyarət edib.
Qeyd edək ki, bu, Trampın Əfqanıstana ilk səfəridir.