Tramp Zelenskini Moskvanın şərtlərini qəbul etməyə çağırıb

Dünya

20.10.2025 - 15:18

ABŞ Prezidenti təkid edib ki, Ukrayna Donbası tamamilə Rusiyaya təhvil verməlidir

Oktyabrın 17-də Vaşinqtonda keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Rusiyanın şərtlərini qəbul etməyi tövsiyə edib. ABŞ lideri əks halda Ukraynanın “tamamilə məhv edilməsi” barədə xəbərdarlıq edib.

AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Trampla Zelenski arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib.

Nəşrin yazdığına görə, ABŞ Prezidenti cəbhə xəttinin xəritələrini kənara qoyub və təkid edib ki, “Ukrayna Donbası tamamilə Rusiyaya təhvil verməlidir”.

Nəşrin mənbələrindən biri əlavə edib: “Görüşdən sonra Zelenski son dərəcə mənfi əhval-ruhiyyədə idi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş