Tramp və Harris debat tarixləri ilə bağlı razılığa gəliblər

Dünya

16.08.2024 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentliyinə namizədlər arasında teledebatların birinci raundu sentyabrın 10-da baş tutacaq

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris aralarındakı teledebatların vaxtı ilə bağlı razılığa gəliblər. Bu barədə “The Hill” məlumat yayıb.

Nəşr qeyd edib ki, ABŞ prezidentliyinə iki əsas namizəd arasında teledebatların birinci raundu sentyabrın 10-da baş tutacaq.

Güman edilən vitse-prezidentlər Tim Vals və Ceyms Devid Vens arasında debat oktyabrın 1-də baş tutacaq. Bundan sonra “Amerika xalqının oktyabrda vitse-prezident Kamala Harris və Donald Trampın debatı üçün daha bir fürsəti olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş