Tramp: “Ukraynadakı münaqişənin həlli üçün razılaşmaya çox yaxınıq"

Dünya

26.11.2025 - 08:43

Amerika lideri: “Tezliklə razılaşmaya şahid ola biləcəyik"

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün razılaşmanın "çox yaxın" olduğunu açıqlayıb. AYNA.AZ xəbər verir ki, Tramp “Şükranlıq Günü” şərəfinə keçirilən mərasimdəki çıxışı zamanı bu barədə deyib.

"Düşünürəm ki, razılaşmaya çox yaxınıq. Tezliklə razılaşmaya şahid ola biləcəyik", Tramp deyib.

Amerika lideri sülhün daha asan əldə olunacağına ümid etdiyini təkrarlayıb, eyni zamanda, nizamlamada "irəliləyiş" olduğunu da qeyd edib.

“ABC News” daha əvvəl ABŞ və Ukraynanın mümkün “sülh planı”nın şərtləri ilə razılaşdığını bildirmişdi. Kanalın məlumatına görə, sənəd 19 bəndə qədər qısaldılıb. Böyük Britaniyanın Baş naziri Keir Starmer də planın ABŞ və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırıldığını açıqlayıb. O, "irəliləyiş üçün vacib addımlar atıldığını" vurğulayıb.

Bu arada, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Prezident Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşə və “Şükranlıq Günü”ndə Rusiya ilə münaqişənin həlli üçün Vaşinqtonla razılaşdırılmış “sülh planı”nın şərtlərini imzalaya biləcəyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş