"Plan hər iki tərəfə davamlı sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətləri verməyə yönəlib”
ABŞ Prezidenti Donald Tramp bu həftə Ukraynadakı münaqişənin sülh yolu ilə həll üçün yeni planı təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə NBC ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident J.D.Vens və Trampın kürəkəni Cared Kuşner plan üzərində işləyirlər.
Onlar Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Ukrayna rəsmiləri ilə məsləhətləşiblər.
"Plan hər iki tərəfə davamlı sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətləri verməyə yönəlib. Bu plana Ukraynanın davamlı sülhə nail olmaq üçün istədiyi və ehtiyac duyduğu şeylər daxildir", - deyə NBC mənbəsi qeyd edib.