Nümayəndələr Palatası 2019-cu il sentyabrın 24-də ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi
ABŞ Prezidenti Donald Trampın impiçmenti üzrə yekun səsvermə fevralın 5-də keçiriləcək. AYNA-nın məlumatına görə, müvafiq qərarı ABŞ Konqresinin Senatı qəbul edib.
Səsvermə yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə fevralın 6-da saat 01:00-da) başlayacaq.
Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi. Bu səbəbdən də Nümayəndələr Palatası 2019-cu il sentyabrın 24-də ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.