Tramp tibbi müayinədən keçib: "Bütün göstəricilər mükəmməldir"

Dünya

27.05.2026 - 13:24

"Uolter Rid Ordu Tibb Mərkəzində altı aylıq müayinəmi yeni başa vurdum”

ABŞ Prezidenti Donald Tramp tibbi müayinədən keçib. AYNA.AZ-ın məlumatına görə, Amerika lideri “Truth Social”da yazıb ki, heç bir sağlamlıq problemi aşkar edilməyib.

"Uolter Rid Ordu Tibb Mərkəzində altı aylıq müayinəmi yeni başa vurdum. Bütün göstəricilər mükəmməldir", - Tramp qeyd edib.

Bu, 79 yaşlı siyasətçinin son 13 ayda üçüncü tibbi müayinəsidir. O həmçinin bu müddət ərzində ən azı iki dəfə diş həkiminə müraciət edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş