“Mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm”
ABŞ Prezidenti Donald Tramp Tayland və Kamboca arasında düşmənçilik dayandırılmayacağı, bu ölkələrin hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti “The Wall Street Journal”a müsahibəsində deyib.
“Əgər müharibəyə başlasalar, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm. Bunu məndən başqa heç kim edə bilməz”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, dekabrın 7-də Kamboca-Tayland sərhədi boyunca silahlı toqquşmalar başlayıb.