O, seçkilərdə qalib gələcəyi təqdirdə Pekinlə münaqişəyə can atmaq niyyətində deyil
Ağ Evin keçmiş rəhbəri və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Çin rəhbəri Si Cinpini müəyyən gücə malik şəxs adlandırıb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu, güclü adamdır" deyən Tramp Çinin rəhbərini çox yaxşı tanıdığını bildirib.
Respublikaçı qeyd edib ki, o, seçkilərdə qalib gələcəyi təqdirdə Pekinlə münaqişəyə can atmaq niyyətində deyil, Amerika-Çin münasibətlərini qurarkən ABŞ-ın maraqlarından çıxış etməyi planlaşdırır.
Tramp Si Cinpin ilə "yaxşı münasibət" olacağını proqnozlaşdırıb. ABŞ prezidentliyinə namizəd Çin Xalq Respublikasının sədrinin ölkəsini sevdiyini, çox güclü və maraqlı siyasətçi olduğunu vurğulayıb.