“Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını yalnız mən ala bilərəm”
“Qarşıdan gələn seçkilərdə qalib gələcəyim təqdirdə Rusiya ilə Ukrayna arasında münaqişəni qısa müddətdə bitirə biləcəm”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri keçmiş ABŞ Prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə potensial namizədi Donald Tramp Tennessi ştatında konfrans zamanı deyib.
“Mən hətta vəzifəyə başlamazdan əvvəl sülhü bərpa edəcəyik. Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını yalnız mən ala bilərəm”, - Tramp qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət genişmiqyaslı münaqişəyə çox yaxındır.