Tramp Obamanın İranla nüvə sazişini lağa qoydu

Dünya

14.03.2026 - 23:24

"Obama İranla, Tramp da İranla danışıqlar aparır"

ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial media hesabında sələfi Barak Obamanın İranla danışıqlara yanaşmasını lağa qoyan şəkil paylaşıb.

AYNA.AZ xəbər verir ki, dərc olunmuş şəkli müşayiət edən başlıqlarda "Obama İranla, Tramp da İranla danışıqlar aparır" deyilir.

Yuxarıdakı şəkildə Obamanın İran liderlərinə əskinas yığınları təklif etdiyi təsvir olunub. Aşağıdakı şəkildə Trampın özü başının üstündə uçan “B-2 Spirit” bombardmançı təyyarələrini göstərərək təsvir olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş