Tramp müzakirələrə səbəb olacaq açıqlama verib

Dünya

20.05.2020 - 19:24

cedabet Klinikalar SEO Xidməti

Ağ Ev rəhbəri: “Bu, bizim üçün şərəf əlamətidir”

 

Pandemiyada qeydə alınan rəqəmlər bizim üçün şərəf nişanıdır. AYNA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

 

“Əgər 14 milyon əvəzinə 1 milyon insanı test etmiş olsaydıq, yoluxanlarımızın sayı daha az olardı. Məncə, bu, həqiqətən də şərəf əlamətidir”, - Tramp vurğulayıb.

 

Ancaq araşdırmalara görə, ABŞ hər 1000 adama düşən test sayına görə dünyada 16-cı yerdədir. Hətta, Birləşmiş Ştatlar bu statistika ilə Rusiya, Kanada və Yeni Zelandiya kimi ölkələrdən xeyli geri qalır.

 

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyon 528, ölənlərin sayı isə 91 min nəfəri keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş