Respublikaçıların namizədi seçkidə qalib gələrsə, müdafiə xərcləri az olan ABŞ müttəfiqlərinə yardımı kəsəcək
ABŞ prezidentliyinə namizəd Donald Tramp ABŞ Prezidenti olarsa, müdafiə xərcləri az olan ABŞ müttəfiqlərinə yardımı kəsməklə hədələyib. AYNA xəbər verir ki, siyasətçi bu barədə “Bloomberg”ə müsahibəsində deyib.
"Müttəfiqlərimiz düşmənlərimizdən daha çox bizdən istifadə etdilər", deyən Tramp münasibətləri “dayanıqsız” adlandırıb.