Ağ Ev rəhbəri: “Gələcəkdə fələstinlilər bu planın onlar üçün daha xeyirli olacağını görəcəklər”
ABŞ Prezidenti Donald Tramp, uzun müddətdir gündəmdə olan “Yaxın Şərq sülh planı”nı açıqlayacağını və fələstinlilərin də gələcəkdə bu planı qəbul edəcəklərinə inandığını bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşən Tramp planın fələstinlilər üçün münasib olacağını söyləyib.
Ağ Ev rəhbəri qeyd edib ki, fələstinlilər əvvəlcə bu planı dəstəkləməsələr də, gələcəkdə bu planın onlar üçün daha xeyirli olacağını görəcəklər: “Bundan sonra nə olacağını görəcəyik. Hələ ki, plan onlarsız qüvvəyə minməyəcək. Gələcəkdə onların da bu plana müsbət yanaşacaqlarını düşünürük”.
Qeyd edək ki, fələstinlilər əvvəllər bu planın Qərbi Şəriyədə, Qəzza zolağında və Şərqi Qüdsdə onların müstəqil dövlət qurmaq planlarını aradan qaldıracağından narahat olduqlarını bildirmişdilər.