Tramp Macarıstanın Baş nazirini öz iqamətgahında qəbul edəcək

Dünya

29.02.2024 - 12:21

cedabet dərman SEO Xidməti

Görüşün martın 8-də keçirilməsi planlaşdırılır

ABŞ-ın sabiq Prezidenti, biznesmen Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı Mar-a-Laqodakı şəxsi iqamətgahında qəbul edəcək. Görüşün martın 8-də keçirilməsi planlaşdırılır. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

"Donald Tramp gələn həftə Floridadakı Mar-a-Laqo malikanəsində Viktor Orbanı qəbul etməyi planlaşdırır", deyən mənbə, görüşün ABŞ-ın xarici siyasət tərəfdaşları üçün də bir siqnal olacağını yazıb.

Bundan əvvəl Orban Trampı Ukraynadakı münaqişəni dayandıra biləcək yeganə siyasətçi adlandırıb.

“Şəxsi inancım odur ki, 2022-ci ilin fevralında ABŞ Prezidentinin adı Donald Tramp olsaydı, Avropada müharibə olmazdı”, Orban deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş