Tramp: “Korrupsiya və miqrant problemləri ABŞ-ı üçüncü dünya ölkəsinə çevirir”

Dünya

23.05.2024 - 13:16

“Əgər bu təqib davam edərsə, heç kim ABŞ-da iş görmək istəməz”

Amerika məhkəmə sisteminin korrupsiyası və nəzarətsiz miqrant axını ABŞ-ı üçüncü dünya ölkəsinə çevirir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Miçiqanda tərəfdarları qarşısında mitinqdə çıxışı zamanı deyib.

“Əgər bu təqib davam edərsə, heç kim ABŞ-da iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik”, - deyə sabiq Prezident vurğulayıb.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar bir çox cəhətdən artıq üçüncü dünya ölkəsinə çevrilib. Siyasətçi ölkənin cənubundakı problemləri xatırladıb.

Müəllif: Ayna.az