Tramp Konqresdə baş verənləri “çirkin hücum” adlandırdı

Dünya

08.01.2021 - 12:38

ABŞ Prezidenti: “Onlar etdiklərinin əvəzini ödəyəcəklər”

 

ABŞ Prezidenti Donald Tramp tərəfdarlarının Konqres binasına basqınından sonra baş verənləri ilk dəfə "çirkin hücum" adlandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ Prezidenti hadisələrdə iştirak edənlərin cəzalandırılacağını deyib.

 

“Twitter” tərəfindən paylaşım edə bilməməsi üçün tətbiq olunmuş 12 saatlıq blok götürüldükdən sonra Tramp video mesaj paylaşaraq qeyd edib ki, zorakılıq edənlər ABŞ-ı təmsil etmir: “Onlar etdiklərinin əvəzini ödəyəcəklər. Vəzifəni 20 yanvarda heç bir problem olmadan Co Baydenə təhvil verəcəm”.

 

“Tərəfdarlarımın məyus olduqlarını bilirəm, amma qeyri-adi səyahətimiz yeni başlayır”, - deyə Tramp deyib.

 

Müəllif: Ayna.az