Tramp Kennedi Mərkəzinin mükafatlarını sənətçilərə təqdim edib

Dünya

07.12.2025 - 18:03

Mükafatlar “Kiss” qrupuna, aktyor Silvestr Stalloneyə və "I Will Survive" hitinin bəstəkarı, müğənni Qloriya Qeynora təqdim edilib

ABŞ Prezidenti Donald Tramp bir neçə tanınmış sənətçiyə ifaçılıq sənətinə verdiyi töhfələrə görə Kennedi Mərkəzinin mükafatlarını təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə “PBS News Hour” məlumat yayıb.

Mükafatlar “Kiss” qrupuna, aktyor Silvestr Stalloneyə və "I Will Survive" hitinin bəstəkarı, müğənni Qloriya Qeynora təqdim edilib. Britaniyalı aktyor Maykl Krouford və kantri müğənnisi Corc Streyt də mükafatçılardan olub.

Amerika lideri Stalloneyə mükafatı təqdim edərkən deyib: "Dostum Stallone fövqəladə bir insandır. Həqiqətən də böyük kino ulduzlarından biridir. Onun kimiləri çox azdır. Əvvəllər daha çox idi".

Mərasim zamanı Tramp müasir kinoda "əfsanə" adına layiq aktyorların çox az olmasından təəssüflənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş