Tramp iranlıları müdafiə etmək vədi vermədi

Dünya

02.03.2026 - 12:21

“Bizim görəcəyimiz bir iş var və biz bunu çox yaxşı yerinə yetiririk"

ABŞ Prezidenti Donald Tramp hökumətin devrilməsini tələb etdiyi İran xalqının müdafiəsi vədi verməkdən imtina edib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə "The New York Times" qəzetinə verdiyi müsahibədə deyib.

"Mən bu və ya digər şəkildə konkret vədlər vermirəm. Hələ tezdir. Bizim görəcəyimiz bir iş var və biz bunu çox yaxşı yerinə yetiririk", - deyə Amerika lideri bildirib.

Müsahibə zamanı ABŞ lideri həmçinin İran liderliyi üçün üç namizədin olduğunu söyləyib. Lakin o nəzərdə tutduğu şəxslərin adlarını açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş