"Tehranın bəzi yerlərinə və digər yerlərə zərbə endirə bilərik”
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar şiddətlənərsə, İranın elektrik şəbəkəsini bir saat ərzində məhv etməklə hədələyib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Tehranın bəzi yerlərinə və digər yerlərə zərbə endirə bilərik. Əgər bu baş verərsə, onların ölkəni yenidən qurması faktiki olaraq mümkün olmayacaq. Amma biz bunu istəmirik", - deyə Tramp Ohayo və Kentukkiyə səfərdən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ eyni vaxtda İranın elektrik şəbəkəsinə zərbə endirə bilər: "Biz onların elektrik şəbəkəsini bir saat ərzində sökə bilərik. Və onu yenidən qurmaq üçün 25 il lazım olacaq".