Tramp İranı hədələyib

Dünya

30.12.2025 - 11:58

Nüvə proqramını bərpa edəcəyi təqdirdə...

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə İrana ciddi nəticələr verəcəyi ilə hədələyib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə “Mar-a-Laqo” iqamətgahında birgə mətbuat konfransı zamanı deyib ki, "əgər bu təsdiqlənərsə, nəticələr olacaq. Nəticələr çox ciddi, bəlkə də keçən dəfəkindən daha ciddi olacaq".

Tramp bildirib ki, İran ABŞ-ın iyun ayında zərbə vurduğu raket proqramını bərpa etmək üçün yeni obyektlər "tikir", lakin hələlik bunun təsdiqi yoxdur.

"Ümid edirəm ki, İran yenidən qurmağa çalışmır, oxuduğum kimi, onlar silah və digər şeylər hazırlayırlar. Əgər onlar bunu edirlərsə, deməli, məhv etdiyimiz obyektlərdən istifadə etmirlər, amma bəlkə də başqa obyektlərdən istifadə edirlər", - deyə Amerika lideri qeyd edib.

Tramp Tehranın razılaşmalı olduğunu təkrarlayaraq, "onlara fürsət verdiyini" əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş