Tramp İrana qarşı sanksiyaları yumşaltmaqdan imtina edib

Dünya

21.05.2026 - 16:37

“ABŞ Tehran Vaşinqtonla müqavilə imzalayana qədər İrana qarşı sanksiyaları yumşaltmayacaq”

“ABŞ Tehran Vaşinqtonla müqavilə imzalayana qədər İrana qarşı sanksiyaları yumşaltmayacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Onlar müqaviləni imzalayana qədər heç bir yumşaltma etməyəcəyəm. Onlar müqaviləni imzaladıqda, biz bu ölkəni yenidən qura və insanlar üçün həqiqətən yaxşı bir yerə çevirə bilərik", - deyə tramp qeyd edib.

Ağ Ev rəhbəri həmçinin ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların "son mərhələdə" olduğunu, lakin danışıqları başa çatdırmaq üçün "tələsmədiyini" bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş