Donald Tramp qanun imzalayıb
ABŞ Prezidenti Donald Tramp Suriyada müharibə cinayətlərinə görə ittiham olunan Bəşər Əsəd rejimi üçün sanksiyaları nəzərdə tutan Suriyanın Mülki Müdafiə Qanununu təsdiqləyib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, qanun Əsəd rejiminin Suriyada son 8 ildə baş vermiş müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmasına şərait yaradacaq.
Suriyada Əsəd rejimi tərəfindən törədilən cinayət və işgəncələrlə bağlı dünya ictimaiyyətinə dəlillər sızdıran polisin xatirəsinə görə “Sezar” adlanan qanuna müharibə cinayətlərində Əsəd rejiminə dəstək verən muzdlu döyüşçülər də daxildir.