Tramp Çinlə sazişin ikinci mərhələdən sonra imzalanacağını gözləyir

Dünya

16.01.2020 - 01:35

Həkimlər Klinikalar SEO Xidməti

"Biz "iki" mərhələdə onu qurtaracağıq"

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika administrasiyası Çinlə ticarət sazişi üzrə danışıqların üçüncü mərhələsini gözləmir.

 

Bu barədə AYNA RİA “Novosti”yə istinadən xəbər verir.

 

ABŞ rəhbəri ehtimal edir ki, razılaşma "ikinci" mərhələnin nəticəsinə əsasən yekunlaşacaq.

 

"...Və bu razılaşma indi "bir" mərhələdədir, biz "iki" mərhələdə onu qurtaracağıq. Biz "üç" mərhələni gözləmirik”, - deyə Tramp Çinlə ticarət razılaşmasının birinci mərhələsi mərasimində çıxış edərək deyib.

 

O, əlavə edib ki, "ikinci" mərhələ üzrə danışıqlar "ən yaxın vaxtda" başlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş