“Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik, təbii ki, bunu BMT ilə birgə həyata keçirəcəyik”
ABŞ Prezidenti Donald Tramp İsraildə girovların geri qaytarılmasından və Qəzzanın yenidən qurulması iləbağlı planlarından danışıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Trampın sözlərinə görə, “bu proses çətin işdir” və “HƏMAS-dan sonuncu girovun cəsədinin qaytarılmasını” tələb edib.
O Qəzzanın gözəl şəkildə yenidən qurulacağını və bu prosesdə çox uğurlu olacağını deyib: “Biz demək olar ki, istədiyimiz hər şeyi edə bilərik, təbii ki, bunu BMT ilə birgə həyata keçirəcəyik. BMT-nin böyük potensialı var, amma ondan istifadə etmir”.
Onun sözlərinə görə, sona çatdırdığını iddia etdiyi səkkiz müharibənin heç biri barədə BMT ilə danışmayıb.
ABŞ Prezidenti əlavə edib ki, BMT kifayət qədər səy göstərməyib və həmin müharibələri bitirə bilməyib.