Keçmiş ABŞ lideri yenidən Baydeni Amerika liderlərinin "ən korrupsioner və ümumilikdə ən pisi" adlandırıb
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı Ukraynada münaqişənin alovlanmasının səbəblərindən danışıb. AYNA xarici mediaya istinadən bildirir ki, Tramp Ukraynada böhranın başlamasında hazırkı Prezident Co Baydeni günahlandırıb və bunun səbəbinin “siyasətçinin axmaqlığı” olduğunu vurğulayıb.
Keçmiş ABŞ lideri yenidən Baydeni Amerika liderlərinin "ən korrupsioner və ümumilikdə ən pisi" adlandırıb.
Onun sözlərinə görə, hazırkı Prezident ictimaiyyət qarşısında çıxış etdiyi məsələlərdə “dərin bacarıqsızlıq” nümayiş etdirir: “Bayden müharibədən danışır və eyni zamanda enerji qiymətlərini artırır. Halbuki Vladimir Putinin Rusiyasının bütün iqtisadiyyatı enerjiyə əsasən dayanır”.