“Bayden administrasiyasının üzvləri seçkiləri saxtalaşdırmaqda çox mahirdir”
“Co Bayden yalnız seçkilərin nəticələrini saxtalaşdırmağı və siyasi rəqiblərini təqib etməyi bacarır”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı lider Cozef Bayden haqqında danışarkən deyib.
Onun sözlərinə görə, Bayden son dərəcə bacarıqsızdır: “Onun bildiyi tək şey seçkilərdə saxtakarlıq etməkdir. Bayden administrasiyasının üzvləri seçkiləri saxtalaşdırmaqda çox mahirdir və siyasi rəqiblərinin arxasınca getməyi də çox yaxşı bacarırlar. Onlar başqa heç nə edə bilməzlər”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsinin ABŞ üçün çoxlu təhlükələr yaradacağını bildirmişdi. Hazırkı Prezident hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir. Bayden əvvəllər Trampın potensial namizədliyi olmasaydı, yenidən prezidentlik yarışına qatılmayacağını söyləmişdi.