Tramp ABŞ-ın müharibəyə başladığını elan etdi: “Silahı yerə qoyun, yoxsa...”

Dünya

28.02.2026 - 11:58

“İran heç vaxt nüvə silahına sahib ola bilməz, raket sənayesi və donanması məhv ediləcək”

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranda genişmiqyaslı hərbi əməliyyatlara başladığını açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp deyib: “Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”.

“İranın raket sənayesini və donanmasını məhv edəcəyik. 47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyana bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına sahib ola bilməz. Buna görə də ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik. Bundan sonra onlara xəbərdarlıq etdik ki öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki , bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər”, - Tramp qeyd edib.

ABŞ lideri həmçinin SEPAH-ı təslim olmağa çağırıb: “Əks təqdirdə, onlar qəti ölümlə üzləşəcəklər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş