Tovuz döyüşlərində yaralanan erməni əsgər ölüb

Dünya

23.07.2020 - 16:02

Artur Baqratoviç Muradyan xəstəxanada ölüb

 

Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış erməni hərbçi Artur Muradyan ölüb. AYNA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

“14 iyul tarixində döyüşdə başından ağır yaralanan 2001-ci il təvəllüdlü hərbi qulluqçu Artur Baqratoviç Muradyan xəstəxanada ölüb”, - deyə məlumatda qeyd olunub. 

Müəllif: Ayna.az