Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər
Bu gün Bakının Xətai Rayon Məhkəməsi istintaqın Toplum TV-nin işi üzrə təqsirləndirilən şəxslərin ilkin həbs müddətinin uzadılması haqqında vəsatətini təmin edib.
AYNA xəbər verir ki, Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) direktoru Akif Qurbanovun, DTİ-nin üzvü Ruslan İzzətlinin, fəal İlkin Əmrahovun, “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin və televiziyanın əməkdaşları Müşfiq Cabbar və Əli Zeynalovun həbs müddətləri üç ay uzadılıb.
Vəkillər işin fiqurantlarının həbsdə saxlanılmasının əsassız olduğunu bildiriblər və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.
Qeyd edək ki, 6-8 mart tarixlərində “Toplum” TV və onun tərəfdaşı olan təşkilatın – DTİ-nin 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib. İşin fiqurantları ittihamları təkzib edir.