Zəlzələnin gücü 7,6 bal olaraq qiymətləndirilib
Tonqa Krallığının paytaxtı Nuku'alofadan 283 kilometr şimalda, Sakit Okeanda 7,3 bal gücündə zəlzələ baş verib.
AYNA.AZ “İnterfaks”a istinadən bildirir ki, Bakı vaxtı ilə səhər saat 8:38-də qeydə alınan zəlzələnin episentri Tonqa Krallığının ikinci ən çox əhalisi olan Neiafu adasından təxminən 138 kilometr qərbdə olub.
Episentrdə baş verən titrəmənin intensivliyinə əsasən, zəlzələ "güclü" kimi təsnif edilir.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 7,6 bal olaraq qiymətləndirib.