Tokio Şimali Koreya və Rusiyanı bioloji silah proqramına görə ittiham edir

Dünya

12.07.2024 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Yaponiya Müdafiə Nazirliyi ABŞ-ın KXDR və Rusiyanın bioloji silah proqramları ilə bağlı ittihamlarını təkrarlayıb

Yaponiya Müdafiə Nazirliyi ABŞ-ın bir il əvvəl Şimali Koreya və Rusiyanın hücum xarakterli bioloji silah proqramlarına malik olması barədə verdiyi bəyanatı təkrarlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik hesabatında qeyd edilib.

Sənəddə bildirilir ki, Şimali Koreya və Rusiyanın Bakterial və Toksin Silahlarının İşlənməsinin, İstehsalının və Ehtiyatının Qadağan edilməsi və Onların Məhv Edilməsi Haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq, bioloji silah proqramlarına malik olduqları iddia edilir.

Bununla belə, Yaponiyanın Müdafiə Nazirliyi, eləcə də Pentaqonun ötən ilki hesabatında bu cür fəaliyyətlərə dair sübutlar təqdim edilməyib.

Yaponiyanın Müdafiə Nazirliyinin illik hesabatında həmçinin Kimyəvi Silahlar Konvensiyasına (CWC) üzv olmayan Şimali Koreyanın “hələ də öz arsenalında kimyəvi silahlar olduğu” iddia edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş