Tokayev iki yüksək vəzifəli məmuru işdən çıxarıb

Dünya

16.09.2024 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstanın Xarici Kəşfiyyat Xidmətinin direktoru və Antiterror Xidmətinin rəhbəri tutduqları vəzifədən azad edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xarici Kəşfiyyat Xidmətinin direktoru və Antiterror Xidmətinin rəhbərini vəzifəsindən azad edib. AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Ruslan Temirqalieviç Seysembayev Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini – Terrorla Mübarizə Xidmətinin rəisi vəzifəsindən azad edilib. Amerxanov Askar Baimerdenoviç Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini - Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsindən azad edilib”, - deyə məlumatda bildirilir.

Kadr dəyişikliklərinin səbəbləri göstərilmir.

Amerxanov və Seysembayev 2023-cü ilin aprelindən vəzifələrində çalışırdılar.

Avqustun sonunda Qazaxıstan Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda mövcud beynəlxalq vəziyyət nəzərə alınmaqla ekstremizm və terrorizmlə mübarizə məsələləri müzakirə edilib. Tokayev təhlükəsizlik qüvvələrinə ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirləri gücləndirməyi tapşırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş