Tixanovskaya ABŞ rəsmisi ilə Litvada görüşəcək

Dünya

23.08.2020 - 14:53

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə Belarusdakı böhranın həlli müzakirə olunacaq

 

Avqustun 9-da Belarusda keçirilən president seçkilərində müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya ABŞ Dövlət katibinin köməkçisi Stiven Biqanla görüşəcək. Bu barədə AYNA "Reuters" ə istinadən xəbər verir.

 

Görüş avqustun 24-də Litvada baş tutacaq. Biqan Tixanovskaya ilə Belarusdakı böhranın həlli ilə bağlı müzakirə aparacaq. ABŞ bəyan edib ki, ölkədə böhranın dinc yolla həllində maraqlıdır.

 

Biqanın Belarusdakı vəziyyətlə bağlı bir sıra görüşlər keçirmək üçün Rusiya və Litvaya səfər edəcəyi bildirilmişdi.

 

Qeyd edək ki, Tixanovskaya 9 avqust seçkilərindən sonra Belarusu tərk etmək məcburiyyətində qalıb. O, uşaqlarına və özünə təhlükə yarandığı üçün ölkəni tərk edərək Litvaya gedib. Seçkilərin rəsmi nəticələrinə görə, Tixanovskaya 10 faiz səs alıb. Müxalif namizəd bununla razılaşmayıb, seçkilərin saxta keçirildiyini bəyan edib.

 

Artıq ikinci həftədir ki, Belarusda yeni və ədalətli seçkilər tələbi ilə etiraz aksiyaları keçirilir. Belarus xalqı seçkilərdə 80 faiz səs topladığını bildirən hazırkı Prezident Aleksandr Lukaşenkonun istefa verməsini, yeni seçkilər keçirilməsini istəyirlər. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş