Tiflisdə keçirilən aksiyada 20 nəfər saxlanılıb: üçü əcnəbidir

Dünya

13.05.2024 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

20 nəfərin hamısı xırda xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunur

Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi üçüncü yekun oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. AYNA gürcü mediasına istinadən bildirir ki, prosedur bir dəqiqədən bir qədər artıq çəkib.

Bildirilir ki, üçüncü oxunuşda parlament çoxluğunun bir neçə üzvü iştirak edib.

“Avrooptimistlər” qrupundan olan müxalifətçi deputat Xatia Dekanoidze iclası qeyri-legitim adlandırıb.

Mayın 14-də qanun layihəsi plenar iclasda səsə qoyulmalıdır. Bununla yanaşı, Gürcüstan Prezidentinin veto hüququna da qalib gəlmək lazımdır.

İclas səs-küylü etiraz aksiyası və nümayişçilərin həbsi ilə paralel keçirilib. Polis hakim "Gürcü arzusu"nun nümayəndələrinin çıxışını təmin etmək üçün etirazçıları qanunvericilik binasına xidmət girişlərindən uzaqlaşdırıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri inzibati qaydada saxlayıblar. Bu barədə idarənin açıqlamasında deyilir. Saxlanılanlar arasında üç əcnəbi - iki ABŞ və bir Rusiya vətəndaşı da var.

“Saxlanılanlardan 3-ü xarici ölkə vətəndaşları, o cümlədən Rusiya Federasiyasının vətəndaşı 2002-ci il təvəllüdlü G.B., ABŞ vətəndaşı 1995-ci il təvəllüdlü P.H., habelə şəxsiyyətini açıqlamaqdan imtina edən ABŞ vətəndaşıdır”, nazirlikdən qeyd olunub.

DİN bununla bağlı İsveçrənin Tiflisdəki səfirliyinə və ABŞ diplomatik nümayəndəliyinə məlumat verib.

20 nəfərin hamısı xırda xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş