Son məlumata görə, Çində 17 min adam virusa yoluxub, 361 ölüm hadisəsi baş verib
Honkonqda yüzlərlə xəstəxana işçisi koronavirusun yayılma riskini azaltmaq üçün etiraz aksiyasına başlayıb. AYNA xarici mediaya istandən xəbər verir ki, etirazçılar Çin ilə sərhədin, tamamilə bağlanmasını tələb ediblər.
Səlahiyyətlilər isə sərhədin, tamamilə bağlanmasını Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə qarşı çıxmaq kimi qiymətləndirirlər. Baxmayaraq ki, şəhərdə dəmiryolu, bərə xidmətləri fəaliyyətini dayandırıb.
Etirazçılar bildiriblər ki, sərhəd tamamilə bağlanmazsa, baş verənlərə qarşı mübarizə aparmaq üçün kifayət qədər işçi qüvvəsi, qoruyucu vasitələr və ya təcrid otaqları olmayacaq.
Qeyd edək ki, 7 milyon əhalisi olan Honkonq Çinin bir hissəsidir, lakin əhəmiyyətli muxtariyyətə sahibdir. Sərhəd normal beynəlxalq nəzarət məntəqəsi ilə eyni şəkildə işləyir.
Məlumat üçün bildirək ki, Çində son məlumata görə, 17 min adam virusa yoluxub, 361 ölüm hadisəsi baş verib.