ABŞ-ın yeni Prezidenti neft sənayesinə qarşı sanksiyaları kəskin şəkildə sərtləşdirəcək
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra İrana, xüsusən də neft sənayesinə qarşı sanksiyaları kəskin şəkildə sərtləşdirəcək. AYNA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Düşünürəm ki, İranı həm diplomatik, həm də maliyyə cəhətdən daha da təcrid etməyə çalışacaq yeni sanksiyalar görəcəyik”, – Ağ Evin adı açıqlanmayan keçmiş rəsmisi deyib.
Nəşr Trampın ilk hakimiyyəti dövründə Tehranla iqtisadi sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi daşıyan Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan altı ölkəni əhatə edən sazişdən necə çıxdığını xatırladıb. Həmin dövrdə Tramp İranın nüvə silahı ambisiyalarından əl çəkəcəyi, ABŞ-ın terrorçu hesab etdiyi qrupların maliyyələşdirilməsini və təlimini dayandıracağına və insan haqları vəziyyətini yaxşılaşdıracağına ümid edərək ona “maksimum təzyiq” strategiyası həyata keçirmişdi.
Jurnalın Ağ Evdəki mənbələri Trampın İranla bağlı siyasətini davam etdirəcəyinə inanırlar.