Terror təşkilatı yenidən dinc əhalini hədəfə alıb

Dünya

28.11.2019 - 14:50

Həkimlər Klinikalar SEO Xidməti

İlkin məlumatlara görə, “Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb

 

YPG/PKK terror təşkilatı yenidən dinc əhalini hədəf alıb. AYNA xəbər verir ki, Canilikdə İŞİD-dən geri qalmayan PKK/YPG terror təşkilatı Suriyanın şimalında dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

 

Rəsulaynın qərbindəki Tel-Xələf kəndində partlatdıqları nəqliyyat vasitəsi ilə 17 nəfəri öldürüb, 20-dən çox insanı yaralayan uşaq qatilləri bu gün də Aazaz şəhərində sivillərə qarşı terror aktı törədiblər.

 

YPG/PKK Suriyanın şimalındakı Tel Rifat şəhərindən hücumlarını davam etdirir.  Tel Rifat-da məskunlaşan terrorçular Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya torpaqlarında yerləşən Aazaz şəhər mərkəzinə 6 raket atıb. İlkin məlumatlara görə, “Katyusha” raketlərinin atıldığı hücumlarda 4 mülki şəxs yaralanıb.

 

Türk Silahlı Qüvvələri terrorçuların mövqelərini artilleriya atəşləri ilə hədəf alaraq hücumlarına qarşılıq verib. “Zeytun Budağı” əməliyyatı ilə Afrindən çıxarılan YPG/PKK bölgənin cənub-şərqindəki Tel Rifat şəhərində işğalını davam etdirir. Bu bölgədə məskunlaşan terror təşkilatı tez-tez Azad Suriya Ordusunun nəzarətindəki yaşayış məntəqələrini hədəf alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş