Tələbələri narazı salan dekan işdən çıxarılıb

Cəmiyyət

09.01.2020 - 14:02

O, tələbələr qarşısında qanunsuz tələblər qoyurmuş

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad edib. Bu barədə AYNA-ya AzTU-dan məlumat verilib.

 

Məlumata görə, dekan tələbələr qarşısında qanunsuz tələblər qoyurmuş. Belə ki, o, tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq edib. Tələbələri məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. Halbuki Universitetdə tələbələrə xüsusi formalar tətbiq edilə bilməz.

 

Hazırda Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı vəzifəsinin icrası, əvvəllər magistratura şöbəsində çalışmış Elçin Rzayevə tapşırılıb.

Müəllif: Ayna.az