Təl-Əvivdə bina raket hücumu nəticəsində uçub

Dünya

08.10.2023 - 01:18

cedabet dərman SEO Xidməti

Hazırda binada axtarış-xilasetmə əməliyyatı aparılır

HƏMAS-ın İsrailin Təl-Əviv şəhərinə etdiyi raket hücumu nəticəsində bir bina uçub.

AYNA xəbər verir ki, bu barədə “Haaretz” nəşri İsrail Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki yaralı binanın dağıntıları altından çıxarılıb.

Məlumata görə, hazırda binada axtarış-xilasetmə əməliyyatı aparılır.

Qeyd edək ki, HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1 452 nəfər xəsarət alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş