Tehranda Xomeyni və Mehrabad hava limanları fəaliyyətini bərpa edib

Dünya

15.04.2024 - 13:27

Ləğv edilmiş reyslərin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə biləcəklər

Tehranın İmam Xomeyni və Mehrabad hava limanları beynəlxalq və daxili reyslər üçün xidmətini bərpa edib. AYNA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, iki hava limanının fəaliyyəti normallaşdığı üçün ləğv edilmiş reyslərin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə biləcəklər.

İRNA agentliyi daha əvvəl xəbər vermişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-kosmik qüvvələri aprelin 14-nə keçən gecə İsrailin hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdikdən sonra uçuşlar dayandırılıb.

Bazar ertəsi səhər saat 06:00-a qədər İranın 16 şəhərindən, o cümlədən iki paytaxt hava limanından - İmam Xomeyni və Mehrabaddan, İsfahan, Buşəhr, Təbriz, Kirmanşah, Əhvaz və digər hava limanlarından uçuşlar ləğv edilib.

Müəllif: Ayna.az