Tehran “nüvə adası” qurmaq niyyətindədir

Dünya

05.05.2024 - 16:09

İran 2024-cü ildə Karun AES-də “nüvə adası”nın tikintisinə başlayacağını elan edib

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, ölkə Karun “nüvə adası” kimi tanınan atom elektrik stansiyasında nüvə reaktorunun istismarı üçün kompleksin tikintisinə başlamağı planlaşdırır. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Eslaminin sözlərinə görə, ilk təməl atılması 2024-cü ilin payızında baş tutacaq ki, bu da təkcə reaktor binasının özünün deyil, həm də AES-in bütün enerji blokunun tikintisinə start verəcək.

“Nüvə adasının” gücü təxminən 300 meqavat enerji olacaq. Hazırda ölkənin Buşəhrdə ilk bloku Rusiyanın iştirakı ilə tikilmiş atom elektrik stansiyası var.

Müəllif: Ayna.az